04.02.2020 13:23
317

Qazaxıstan mətbuatı "Tobol"dan ayrılan millimizin qapıçısı Emil Balayevdən yazıb.
Cempion.az xəbər verir ki, Avropa klubları üçün maraqlı olacaq oyunçuların yer aldığı yazıda millimizin üzvü də yer alıb.
Xəbərdə Emilin “Tobol”da qazandığı pulla yanaşı, onun karyerasını hansı öldəkə davam etdirə biləcəyi də yazılıb: “Emil Balayev şübhəsiz ki, “Tobol”un əsas oyunçularından idi. O, Qazaxıstanda ilinə 200 min dollar (ayda təqribən (17 min dollar) qazanırdı. Bu pulu isə yalnız Polşanın əsas komandaları verə bilər”.Qeyd edək ki, yanvarın 31-i “Tobol”dan ayrılan Emil hazırda klubsuzdur.