çərşənbə, 30 aprel 2025

DİGƏR NÖVLƏR

Taekvondoçularımızdan 1 qızıl, 1 bürünc medal

04.02.2020 19:05 Oxundu 379

“Qəbələ” İdman Klubunun taekvondoçuları növbəti uğura imza atıblar.
 
Cempion.az xəbər verir ki, onlar Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə fərqləniblər.

Azərbaycan milli komandasının üzvləri Cavad Ağayev və Məhəmməd Məmmədov ənənəvi “Turkish open” turnirində mükafatçılar sırasına düşüb. Taekvondoçularımız İstanbulda bir qızıl və bir bürünc medala yiyələniblər. 68 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gələrək yarışın çempionu adını qazanıb. Məhəmməd isə (80 kq) 3-cü yerin sahibi kimi fəxri kürsüyə qalxıb.