04.02.2020 15:42
398

Qazaxıstan mətbuatı "Tobol"dan ayrılan millimizin qapıçısı Emil Balayevdən yazıb.
Cempion.az xəbər verir ki, Avropa klubları üçün maraqlı olacaq oyunçuların yer aldığı yazıda millimizin üzvü də yer alıb.
Xəbərdə Emilin “Tobol”da qazandığı pulla yanaşı, ona həmin pulu verə biləcək ölkə də açıqlanıb: “Emil Balayev şübhəsiz ki, “Tobol”un əsas oyunçularından idi. O, Qazaxıstanda ilinə 200 min dollar (ayda təqribən (17 min dollar) qazanırdı. Bu pulu isə yalnız Polşanın əsas komandaları verə bilər”.
Qeyd edək ki, yanvarın 31-i “Tobol”dan ayrılan Emil hazırda klubsuzdur.