çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Neymar sıradan çıxdı

04.02.2020 16:00 Oxundu 337


PSJ-nin futbolçusu Neymar zədələnib.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu Fransa Liqasının 22-ci turunda "Monpelye" ilə matçda qabırğasından zədə alıb.

Bu səbəbdən onun adı ölkə çempionatının növbəti turunda "Nant"la görüş üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, "Nant" - PSJ görüşü sabah keçiriləcək.