04.02.2020 11:15
399

Mançester Siti"nin futbolçuları baş məşqçi Pep Qvardioladan narazıdırlar.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, oyunçular Premyer Liqanın 25-ci turunda səfərdə "Tottenhem"ə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra ispaniyalı çalışdırıcıya öz narazılıqlarını bildiriblər. Futbolçular düşünürlər ki, heyətdə dəyişikliklərin çox olması komandanın bu mövsümkü nəticələrinə mənfi təsir edir.
Qeyd edək ki, Mikel Artetanın "Arsenal"a baş məşqçi təyin olunmasında sonra Qvardiola 9 oyunda komandanı eyni tərkibdə oyuna çıxarmayıb. O, ümumilikdə bu mövsüm 76 dəyişiklik edib. Bu isə Premyer Liqa çalışdırıcıları arasında ən yüksək göstəricidir.