04.02.2020 11:20
362

İspaniya La Liqasının ikinci dövrəsində baş tutacaq “Real” – “Barselona” oyununun vaxtı bilinib.
Cempion.az La Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, dünyanın bir nömrəli derbisi olan “el klasiko” martın 1-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, İspaniya La Liqasında hazırda “Real” 49 xalla liderdir. Ondan 3 xal geri qalan “Barselona” isə 2-cidir.