
Yürgen Klopp İngiltərə kubokunun 1/16 finalında "Şrusberi Taun"la təkrar oyuna telekanal vasitəsi ilə baxacaq.
Cempion.az "The Guardion"a istinadən xəbər verir ki, əsas komandanın üzvlərinə istirahət veren almaniyalı çalışdırıcı özü də bu qarşılaşmada stadionda olmayacaq. Mütəxəssis bu oyuna görə oyunçularının istirahətini pozmaq fikrində deyil. Sözügedən görüşdə "Liverpul" gənclərə şans verəcək. Klubun başında isə U-23 komandasının baş məşqçisi Nil Kritçli olacaq.
Klopp isə klubun telekanalı vasitəsi ilə oyunu izləyək. O, dekabrda olan klublararası dünya çempionatı olduğu kimi ilk hissədən sonra məşqçi və futbolçularla danışa biləcək.
Qeyd edək ki, İngiltərə liqa kubokunda "Aston Villa" ilə oyun zamanı "Liverpul"un əsas komandasının üzvləri klublararası dünya çempionatında olduğu üçün gənclərə şans verilmişdi.