çərşənbə, 30 aprel 2025

BİZİM FUTBOL

Polşa mətbuatı Kintananın keçidindən yazıb

04.02.2020 12:05 Oxundu 363


Polşa mətbuatı Dani Kintananın "Qarabağ"dan Çinin "Çendu Better Siti" klubuna keçidini şərh edib.
Cempion.az xəbər verir ki, yarımmüdafiəçi ilə bağlı bunlar yazılıb:

"Qarabağ" ispan futbolçunun klubdan ayrılmağına icazə verdi. Çünki onların ölkə çempionatında üstünlüyü danılmazdır. Komanda ən yaxın izləyicisini 8 xal qabaqlayır. Onlar Avropa Liqasında pley-off mərhələsində yüksələ bilmədilər. Hər halda, oyunçunun müqaviləsi iyunun sonunda başa çatırdı. Kintana "Yaqelloniya"da bir il yarımdan çox oynadığına görə onu Polşada yaxşı xatırlayırlar.

Qeyd edək ki, o, 2014-cü ilin sentyabrında  bu klubu tərk edərək Səudiyyə Ərəbistanın "Al-Ahli klubuna qoşuldu".