çərşənbə, 30 aprel 2025

GÜLƏŞ

Millimizin heyəti müəyyənləşib

04.02.2020 12:35 Oxundu 369

Güləş üzrə Azərbaycan milli komandasının heyəti müəyyənləşib.
Cempion.az xəbər verir ki, fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil edəcək idmançıların adları bəlli olub.
Yığmanın heyəti Olimpiya Güləş Mərkəzində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində məlum olub.

Sərbəst güləş: Əfqan Xaşalov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Abubakr Abakaraov (86 kq), Aslanbek Alborov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq), Camaləddin Məhəmmədov (125 kq).

Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq) qatılacaq.

Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız qitə birinciliyinə Bakıda, qadınlardan ibarət millimiz isə Türkiyənin Ədirnə şəhərində hazırlaşır.