04.02.2020 13:33
489


Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçrilib.
Cempion.az xəbər verir ki,iclasda aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi”nin 3 nömrəli oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. Oyun zamanı “Sumqayıt” klubunun azarkeşləri pirotexniki maddələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunur.
“Səbail” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
“Qəbələ” - “Keşlə” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Region Liqasında keçirilən TST “Astara” – “Şıxlar” (Qobustan) oyununda “Şıxlar” (Qobustan) komandasının heyətində 8 nömrəli futbolçusu Bəhruz Kərimov qarşılaşmanın 74-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır .
Gənclər Liqasında keçirilən “Səbail” – “Qəbələ” oyununda “Səbail” komandasının heyətində çıxış edən futbolçu Firuz Əhmədov qarşılaşmanın 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
U-16 Liqasında keçirilən “Zirə” – “Mil-Muğan” oyununda “Mil-Muğan” komandasının heyətində 4 nömrəli futbolçu Nicat Fərzəliyev qarşılaşmanın 65-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
“Qəbələ” – “Səbail” oyununda “Qəbələ” komandasının N5 futbolçusu Zübair Əliyev qarşılaşmanın 40+1-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Qarşılaşmanın 80-cı dəqiqəsində “Səbail” komandasının futbolçusu İlham Əliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
“Neftçi İK İB” – “Xilə” oyununda “Xilə” komandasının N6 futbolçusu Kərim Məmmədov qarşılaşmanın 40-cı dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.
U-14 Liqasında keçirilən Neftçi PFK – ROFM (Bakı) oyununda ROFM (Bakı) komandasının N99 futbolçusu Natiq Ağamalıyev qarşılaşmanın 70-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
İsgəndər Cavadov "BFA" – "Xətai FK" (Bakı) oyununda İsgəndər Cavadov BFA komandasının N15 futbolçusu Nicat Amanov qarşılaşmanın 31-ci dəqiqəsində aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
“Sumqayıt” – “Keşlə” oyununda “Keşlə” komandasının baş məşqçisi Vəli Hüseynov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır.
“Şahdağ”(Qusar)– “Neftçi İK İB” (Siyəzən) oyunu “Şahdağ”(Qusar) komandasının təyin olunan vaxtda meydana çıxmadığı üçün oyun baş tutmayıb. Bu səbəbdən “Şahdağ” klubuna 0:3 texniki məğlubiyyət verilir.
Coca-Cola U-13 Liqasında keçirilən “Neftçi İK İB” (Siyəzən) – “Şirvanovka” (Qusar) oyununda "Şirvanovka" (Qusar) komandasının baş məşqçisi Kamran Nurəhmədov qarşılaşmanın 23-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır.
U-12 Liqasında keçirilməsi nəzərdə tutulan “Fireland FC”-“Sabah” oyunu "Fireland FC" komandası təyin olunan vaxtda oyuna gəlmədiyinə görə görüş keçirilməyib. Bu səbəbdən “Fireland” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir.
"UGİM" (Siyəzən) – "UGİM" (Xaçmaz) oyununda "UGİM" (Siyəzən) komandasının baş məşqçisi Emin Nəzərov aqressiv formada meydana daxil olaraq hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 5 oyun cəzalanır.
U-11 Liqasında keçirilməsi nəzərdə tutulan “Ərgünəş FK”(Sumqayıt) - "İOEUGİM" (Sumqayıt) oyunu "İOEUGİM" (Sumqayıt) komandasının təyin olunan vaxtda meydana çıxmaması üzündən keçirilməyib. Bu səbəbdən "İOEUGİM" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir.
Futzal üzrə I Liqanın “Star Karqo” – “Yasamal İSK-2” oyununda “Star Karqo” klubunun futzalçısı Ceyhun Məmmədov ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyun cəzalanır.
“Baku Fire” – “Standard” matçında “Baku Fire”nin üzvü Aslan Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
U-19 – “Rayyan” oyununda U-19 komandasının baş məşqçisi Ağatahir Əzimov öz oyunçularını təhqir etdiyinə görə texniki zonadan uzaqlaşdırıldığı üçün 5 oyun cəzalanır.
Futzal üzrə Yüksək Liqanın“Baku Fire” – “Neftçi” oyununda “Neftçi”nin üzvü Emil Həsənzadənin rəqibi təhqir etdiyi üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.