çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Merih Demiral iştirak ərizəsində yer almayıb

04.02.2020 13:47 Oxundu 355


"Yuventus" klubu Çempionlar Liqasının 1/8 final mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, heyətdə zədə səbəbindən 6-7 ay yaşıl meydanlardan uzaq qalan türk futbolçu Merih Demiral yer almayıb. Corcoi Kyellininin adı isə iştirak ərizəsinə daxil edilib.

Qapıçılar: Şensnı, Buffon, Pinsolo

Müdafiəçilər: De Şilyo, Kyellini, De Liqt, Aleks Sandro, Danilu, Bonuççi, Ruqani

Yarımmüdafiəçilər: Pyaniç, Xedira, Remsi, Matyuidi, Kuadrado, Rabyo, Bentankur

Hücumçular: Kriştiano Ronaldo, Dibala, Duqlas Kosta, İquain, Bernardeski

Qeyd edək ki, "Yuventus" 1/8 finalda "Lion"la qarşılaşacaq. Bu komandalar arasında ilk oyun fevralın 26-sı Lionda keçiriləcək. Cavab qarşılaşması isə martın 17-də Turində olacaq.