çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Messidən yeni müqaviləyə xüsusi şərt

04.02.2020 13:55 Oxundu 348


"Barselona" ilə müqaviləsinin başa çatmasına 18 ay qalan Lionel Messi yeni sözləşməyə hazırdır.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı ulduz yeni sözləşməsində hər mövsümün sonunda müqaviləsini tək tərəfli ləğv etmək ixtiyarında olmaq istəyir. Messi bu şərtin yeni müqaviləsində olmasını irəli sürəcək.

Qeyd edək ki, "Barselona"nın prezidenti Xosep Bartomeu daha öncə 32 yaşlı hücumçunun azı 5 il komandada oynayacağına şübhə etmədiyini demişdi.