04.02.2020 15:23
364

Həmtəsisçisi Devid Bekhemin olduğu “İnter Mayami” "Real"ın futbolçusu Luka Modriçi transfer etmək istəyir.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, MLS təmsilçisi xorvatiyalı futbolçuya "Real"da qazandığı maaşının iki qatını təklif edib.
Qeyd edək ki, "İnter Mayami" ötən yaydan 34 yaşlı oyunçunu transfer etmək istəyir. Modriç Madrid klubunda ilin 10 milyon avro qazanır.