05.02.2020 10:11
348

"Liverpul" İngiltərə kubokunda 1/16 final mərhələsinin təkrar oyununa çıxıb.
Cempion.az xəbər verir ki, komanda "Şrusberi Taun"la qarşılaşıb. "Liverpul" gənc futbolçularının meydana çıxdığı matçda 1:0 hesabı ilə qalib gəlib.
"Liverpul" - "Şrusberi Taun" - 1:0Qol: Uilyams, 75-avotoqol
Xatırladaq ki, komandanın baş məşqçisi Yürgen Klopp əsas heyətin üzvlərinə istirahət verdiyi üçün gənclərə şans verilmişdi. Alman mütəxəssis isə görüşü notbukdan izləyəcəyini bildirmişdi.
Qeyd edək ki, "Liverpul" 1/8 finalda "Çelsi" ilə qarşılaşacaq.