05.02.2020 13:20
419


PSJ-nin baş məşqçisi Tomas Tuhel futbolçusu Kilian Mbappe ilə arasında olan münaqişəyə görə komanda üzvlərini bir araya toplayıb.
Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı Mbappe almaniyalı çalışdırıcının onu əvəzləşməsinə həddən artıq sərt reaksiya verdiyini etiraf edib. Ancaq o, Tuhel və komanda yoldaşlarından üzr istəməyib.
Xatırladaq ki, gənc hücumçu bir neçə dəfə Tuhelin onu əvəzləməsinə etiraz edib. Sonuncu dəfə isə belə hal Liqanın 22-ci turunda "Monpelye" ilə görüşdə baş verib.