çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

"Bavariya"da Perişiç şoku

05.02.2020 14:30 Oxundu 360


“Bavariya”nın hücumçusu İvan Perişiç zədələnib.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, o, Münhen təmsilçisinin son məşqlərindən birində ayaq biləyindən ağır zədə alıb. Xorvatiyalı futbolçunun azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, “Bavariya” Perişiçi mövsümün əvvəlində Milan “İnter”indən icarəyə götürüb.