çərşənbə axşamı, 29 aprel 2025

BİZİM FUTBOL

AFFA Tovuz icra hakimiyyəti ilə görüşmək istəyir: "Turan Tovuz"un Premyer Liqaya gətirilməsi üçün - EKSKLÜZİV!

06.02.2020 13:00 Oxundu 482


UEFA-nın tələbi və şərtləri qarşısında dalana dirənən AFFA növbəti mövsüm üçün Premyer Liqada çıxış edən komanaların sayını artırmaq istəyir. Lakin bunun üçün əlavə büdcə tapmaq lazımdır. Elitaya gətirilməyə əsas namizəd "Kəpəz"lə "Turan Tovuz"dur.

Cempion.az-a daxil olan məlumata görə federasiya Tovuzun icra hakimiyyəti ilə görüşüb bu məsələni müzakirə etmək istəyir.

AFFA təklif etmək istəyir ki xərclər yarı-yarıya bölünsün. Yəni 500-600 min AFFA pul ayırsın bir o qədər də Tovuz icra hakimiyyəti. İcra hakimiyyətinin bu təklifə münasibətinin necə olacağı məlum deyil.