çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Erməni komandası Rusiya çempionatından kənarlaşdırıldı

06.02.2020 14:30 Oxundu 346


Moskvanın ermənilərə məxsus olan "Ararat" klubu Rusiya Peşəkar Futbol Liqasının iştirakçıları sırasından çıxarılıb.

Cempion.az xəbər verir ki, sözgedən qərarı Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi qəbul edib. Buna səbəb olaraq isə RFS-in II Divizion klublarının lisenziyalaşdırılması üzrə komissiyanın "Ararat"ın lisenziyasını geri çağırması göstərilib.

Hazırda "Ararat" PFL-in Mərkəz zonasında turnir cədvəlində 8-ci yeri tutur. Rusiyanın səviyyəcə üçüncü divizionunda erməni komandası 23 xal toplayıb.