çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

"Borussiya"da ciddi itki

06.02.2020 17:21 Oxundu 340


Dortmunt "Borrusiya"sının futbolçusu Marko Roys 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. 

Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ölkə kubokunun 1/8 finalında "Verder"lə oyunda (2:3) zədələnib.

Futbolçunun Çempionlar Liqasının 1/8 finalında PSJ ilə hər iki görüşü buraxacağı da məlum olub.

Qeyd edək ki, "Borussiya" və PSJ arasındakı ilk matç fevralın 18-i, cavab qarşılaşması isə martın 11-də keçiriləcək.