çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Kubokun növbəti 4 finalı bu stadionda olacaq

06.02.2020 18:20 Oxundu 345


İspaniya Kubokunun final matçının keçiriləcəyi stadion bəlli olub.

Cempion.az xəbər verir ki, həlledici qarşılaşma aprelin 18-də Sevilya şəhərindəki Olimpiya stadionunda baş tutacaq.

Arena bundan sonra daha üç finala da ev sahibliyi edəcək. Stadion 57 mindən çox azarkeş tutumuna malikdir.

İspaniya Kubokunun 1/4 final mərhələsində "Qranada" "Valensiya"nı 2:1 hesabı ilə məğlub edərək yarımfinala çıxıb. Digər matçlarda "Mirandes" "Vilyarreal"la, "Real Madrid" "Real Sosyedad"la, "Barselona" isə "Atletik"(Bilbao) ilə üz-üzə gələcək.