çərşənbə axşamı, 29 aprel 2025

BİZİM FUTBOL

 "Dinamo" İAM-a muraciət edecək

06.02.2020 14:41 Oxundu 415

 "Dinamo" klubu Azərbaycan millisinin üzvü Ramil Şeydayevə görə İdman Arbitraj Məhkəməsinə (İAM) müraciət etməyə hazırdır.
Cempion.az Sport-Ekspress" nəşrinə istinadən xəbər verir ki, Moskva təmsilçisi Rusiya Futbol İttifaqının (RFİ) Mübahisələrin Həlli Palatasının qərarı ilə razılaşmır.  klubu qərarın əsaslanmasını gözləyir və "Dinamo" klubu daha sonra İAM-a müraciət edəcək. Paytaxt təmsilçisi həmçinin yeni futbolçuları qeydiyyatdan keçirilməsi qadağasında kritik bir şeyin olmadığını düşünür.

Qeyd edək ki, RFİ-in Mübahisələrin Həlli Palatası millimizin hücumçusu ilə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları olduğu üçün "Dinamo"ya cəza verib.