
İngiltərənin "Mançester Siti" klubunun rəhbərliyi Lionel Messinin İspaniya "Barselona"sı ilə münaqişəsini izləyir.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər" 33 yaşlı arqentinalı hücumçunun klubdan ayrılmaq qərarını verəcəyi təqdirdə onu heyətinə cəlb etməyi planlaşdırır.
Messinin Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında yekunlaşır. Ancaq futbolçu sözləşməyə əsasən bu yay azad agent statusu ala bilər. İngiltərə klubunun idman direktoru Çiki Beqiristay, menecer Ferran Soriano və İspaniyalı baş məşqçi Xosep Qvardiolanın münasibətləri (hər üçün daha öncə "Barselona"da işləyib) yaxşı olduğu üçün "Mançester Siti" Messinin keçidində favorit hesab olunur.
Bildirilir ki, Mançester təmsilçisi Messiyə ildə 50 milyon funt sterlinq (59 milyon avro) maaş təklif edən bir neçə klubdan biridir.
Qeyd edək ki, Messi daha öncə "Barselona"nın idman direktoru Erik Abidalla munaqişəyə girib.