çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

"Real Madrid”  Mbappeni transfer etmək istəyir

06.02.2020 15:45 Oxundu 368


İ
spaniya təmsilçisi "Real Madrid” mövsümün sonunda "PSG"-dən Kilian Mbappeni transfer etmək üçün hərəkətə keçib.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kral klubu 21 yaşlı fransız hücumçu üçün 200 milyon avro təklif etməyi planlaşdırıb.

Xatırladaq ki, ötən həftə "PSG"-nin "Monpelye”ni 5-0 məğlub etdiyi qarşılaşmada maraqlı anlar yaşanıb. Oyunun 68-ci dəqiqəsində baş məşqçi Tuçelin Mbappeni İkardi ilə əvəz etməsi futbolçunun hiddətinə səbəb olub. Tuçel qəzəbli oyunçu ilə danışmağa cəhd etsə də, gənc ulduz aqressiv davranış sərgiləyərək ehtiyat skamyasında yer alıb.
Tuçel hadisə ilə bağlı verdiyi açıqlamada "bir nəfər kimin oyundan çıxacağını və ya oyuna kimin girəcəyinə qərar verməlidir. Həmin şəxs isə mənəm” ifadələrinə yer verib. Mbappe isə öz növbəsində üzr istəməyəcyini bildirib.

Qeyd edək ki, bu hadisədən sonra ulduz futbolçunun "Real Madrid”ə keçidi daha real görünür.