çərşənbə axşamı, 29 aprel 2025

BİZİM FUTBOL

 Şeydayevlə bağlı yeni iddia

06.02.2020 15:54 Oxundu 351

Millimizin hücumçusu Ramil Şeydayevlə bağlı yeni iddia irəli sürülüb.
Cempion.az Rusiya mətbuatına istinadən xəbər verir ki, futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər. 23 yaşlı hücumçu ilə “Neftçi”nin maraqlandığı bildirilir.
Xatırladaq ki, R.Şeydayev Azərbaycan klublarından "Qarabağ"da oynayıb. O, 2017/2018 mövsmündə icarə əsasında Ağdam təmsilçisində çıxış edib.

Qeyd edək ki, R.Şeydayevin son klubu Moskva "Dinamo"su olub. Bu ilin yanvarında onunla müqavilə ləğv olunub.