çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Terim Belhandaya əsəbiləşib

06.02.2020 16:07 Oxundu 371


"Qalatasaray"ın çalışdırıcısı Fatih Terim Türkiyə kubokunun 1/4 finalında "Alanyaspor"a 0:2 hesabı ilə uduzduqları ilk oyunun gedişatında futbolçusu Yunes Belhandaya əsəbiləşib.
Cempion.az xəbər verir ki, baş məşqçi əsas heyətdə şans verdiyi 29 yaşlı yarımmüdafiəçinin dəqiq olmayan ötürməsindən sonra iki əlini də yana açıb və köməkçisi Hasan Şaşa Belhanda ilə bağlı "Xəstə, ruhi xəstə" sözlərini deyib.

Qeyd edək ki, Belhanda 80-ci dəqiqədə əvəzlənib.