çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Arteta  bəzi dəyişikliklər etməyə hazırlaşır

06.02.2020 16:14 Oxundu 363


"Arsenal" yay transferi pəncərəsində heyətində bəzi dəyişikliklər etməyə hazırlaşır.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunun çalışdırıcısı Mikel Arteta yayda yarımmüdafiəçi Məsut Özil, hücumçular Aleksandr Lyakazett və Pyer-Emerik Obameyanqla yolları ayırmağı planlaşdırır.

Bildirilir ki, ispan mütəxəssis komandanın hazırkı vəziyyətindın narazıdır. Buna görə də o, yayda heyətdə dəyişikliklər etməyi düşünür.

Xəbərdə  David Luis və Şkordon Mustafinin də M.Artetanın uzun müddət komandada görmək istədiyi futbolçular arasında olmadığı vurğulanıb.