çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Transfer pəncərəsinin müddəti uzadıldı

06.02.2020 17:10 Oxundu 356


İngiltərədə  yay transferi pəncərəsinin müddəti yenidən uzadılıb.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa klublarının təmsilçiləri Londonda keçirilən konfransda birgə müzakirədən sonra bununla bağlı razılığa gəliblər. Beləliklə, 2020-ci ildə yay transferi sentabrın 1-i bağlanacaq.

Qeyd edək ki, bundan əvvəlki iki il ərzində yay transfer pəncərəsi avqustda - Premyer Liqada yeni mövsümün başlamasına bir gün qalmış bağlanırdı.

Xatırladaq ki, digər Avropa ölkələrində də transfer pəncərəsi avqustun sonu, sentyabrın əvvəli bağlanır.