06.02.2020 17:45
359

"Barselona" komandası heyətini yeni futbolçularla gücləndirmək istəyir.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmiləri zədələnmiş Osman Dembele və Luis Suaresi əvəz etmək üçün yeni oyunçular axtarışına çıxıb.
Avropada transfer pəncərəsinin bağlanmasına baxmayaraq bu, kataloniyalılar üçün ağır kadr vəziyyətinə görə istisna ola bilər. Buna görə də, "Barselona" rəhbərliyi İspaniyada çıxış edən bəzi futbolçuları heyətinə cəlb edə bilər.
Hazırda "Barselona” "Xetafe”dəki Rodriqeslə, "Alaves”dəki Lukas Pereslə və "Betis”dəki İqlesiasla maraqlanır. Siyahıya həmçinin "Jirona”nın hücumçusu Kristian Stuani də daxildir.