06.02.2020 18:20
380

"Real"ın almaniyalı yarımmüdafiəçisi Toni Kroos komandadakı gələcəyi haqda danışıb.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçu "kral klubu" ilə sözləşməsinin müddəti bitəndən sonra komandada qalıb-qalmayacağına qərar verəcəyini bildirib: "Mən 38 yaşına qədər oyanayanlardan deyiləm. "Real"la 3 il yarımlıq- 2023-cü ilin yayınadək müqaviləm var. Sözləşmənin müddəti bitəndə artıq 33 yaşım olacaq. Nə edəcəyimi düşünmək üçün yaxşı zamandır. Karyeramın sonuna çox vaxt qalmayıb".
Qeyd edək ki, T.Kroos 2014-cü ildən "Real"ın formasını geyinir.