çərşənbə axşamı, 29 aprel 2025

BİZİM FUTBOL

Emil Balayev Şotlandiya klubu ilə danışıq aparır?

07.02.2020 12:00 Oxundu 445


Azərbaycan millisinin qapıçısı Emil Balayev karyerasını Şotlandiyada davam etdirə bilər.

Cempion.az xəbər verir ki, "Tobol"dan ayrılan qolkiper "Harts"ın maraq dairəsindədir.

Komandanın son vaxtlar Premyer Liqa matçlarında çox qol buraxması baş məşqçi Daniel Stendeli narahat edir. Xüsusən də, son iki görüşdə qapısında 6 top görən Joel Pereyranın çıxışı məşqçilər korpusunu qane etmir.

Rəhbərlik ötən ay "Seltik"dən Kreyq Qordonu transfer edə bilmədiyindən, diqqəti azad agent statusu daşıyan qapıçılara yönəldib.

Britaniya mətbuatı "Harts"ın hazırda maraq dairəsində olan 4 belə oyunçunun adını yayıb ki, onlardan biri də Balayevdir.