çərşənbə axşamı, 29 aprel 2025

BİZİM FUTBOL

Bakıdakı məşhur stadion sökülür

07.02.2020 12:12 Oxundu 413


Bakının Yasamal rayonu İdman-Sağlamlıq Kompleksi (keçmiş “Məhsul” stadionu) sökülür.

Cempion.az xəbər verir ki Yasamal Rayon İcra Hakimiyyətindən apasport.az saytına verilən məlumata görə, uzun illərdir, əsaslı təmir aparılmaması və baxımsız qalması səbəbindən yararsız vəziyyətə düşən idman qurğusunun yerində yenisi inşa olunacaq.

Sportinfo.az xəbər verir ki, arena gələcəkdə idman yarışlarını qəbul edə biləcək.

Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, paytaxtda sökülən istənilən idman qurğusunun yerində yalnız analoji arena inşa oluna bilər.

Qeyd edək ki, stadion bir müddət əvvəl təmirə dayanmışdı.