çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Messi ilə bağlı növbəti qalmaqal: bu dəfə qapıçı ilə mübahisə etdi

07.02.2020 13:20 Oxundu 380


"Barselona"nın futbolçusu Lionel Messi məşq vaxtı komandanın qapıçısı Mark-Andre ter Ştegenlə mübahisə edib.

Cempion.az xəbər verir ki, oyunçular arasında "söz savaşı" top uğrunda mübarizə nəticəsində baş verib.

Daha əvvəl Messinin müdafiəçi Jerar Pike ilə də münaqişəsi yaranıb. Bundan başqa, argentinalı hücumçu klubun idman direktoru Erik Abidalı tənqid edib.

Buna Abidalın futbolçulardan bir neçəsinin sabiq baş məşqçi Ernesto Valverdenin rəhbərliyi altında lazımi qədər oyuna köklənmədiklərinə dair açıqlaması səbəb olub.