07.02.2020 14:00
446


Bir müddətdir zədədən əziyyət çəkən Rahil Məmmədovun "Neftçi" ilə oyuna kimi hazır olacağı gözlənilsə də bu baş tutmayacaq.
Cempion.az-ın əldə etdiyi son məlumata görə həkimlər dünən futbolçunun ayağını yenidən müayinə edib.
Məlum olub ki əzələlər hələ ki güc sərf etməyə hazır deyil və Məmmədov daha 1 həftə müalicəsini davam etdirməlidir. Bu isə o deməkdir ki sözügedən futbolçu mərkəzio oyunu dəqiq buraxacaq.