07.02.2020 14:33
330

Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” Türkiyədə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Cempion.az xəbər verir ki, Ukrayna təmsilçisi Bolqarıstanın "Levski" klubu ilə qarşılaşıb. Görüş “Aleksandriya”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan Paşayev ikinci hissədə meydana daxil olub.