07.02.2020 16:23
354

Karyerası ərzində “Mançester Siti”, “Yuventus” kimi klublarda forma geyinmiş Valeri Bojinovun yeni iş yeri məlum olub.
Cemрion.az xəbər verir ki, 33 yaşlı hücumçu “Peskara” klubuna keçməyə yaxındır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, bolqar hücumçunun keçidinin yaxın zamanda rəsmiləşəcəyi bildirilib.
Karyerası ərzində “Fiorentina”, “Mançester Siti”, “Yuventus”, “Parma”, “Sportinq” (Lissabon) kimi komandalarda çıxış edən Bojinov, son olaraq Bolqarıstanın “Botev” klubunun uğurları üçün çalışırdı. Hücumçu yanvardan azad agent statusu daşıyır.
Bojinov 43 dəfə Bolqarıstan millisinin formasını geyinib.