çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Arda yenidən "Barselona"ya dönür?

07.02.2020 17:00 Oxundu 341


Arda Turan yenidən "Barselona"ya dönə bilər.

Cemрion.az xəbər verir ki, bu barədə Kataloniya klubuna yaxınlığı ilə tanınan "Sport" qəzetinin müxbiri Albert Roj məlumat yayıb.

Onun sözlərinə görə, Osman Dembelenin zədələnməsindən sonra müqavilə ilə "Barselona"ya məxsus olan Arda Turanın geri dönməsi gündəmə gəlib: "Barselona"da Arda Turan zamanı gəldi".

Məşqdə zədələnən Osman Dembele böyük ehtimalla mövsümü başa vurub. 2017-ci ildə Dortmund "Borussiya"sından 125 milyon avroya transfer olunan gənc futbolçu "Barselona" dönəmində 9-cu dəfə zədələnib. O, bu müddətdə ümumilikdə 456 gün zədəli olub.

Arda Turan "Barselona"ya məxsus olsa da, mövsümün ilk yarısını "Başakşəhər"də keçirib. Futbolçunun qış fasiləsində "Qalatasaray"a keçidi gündəmdə olsa da, bu baş vermədi və klubsuz qaldı.