çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Klopp Qvardiolanı “taxt”dan saldı

08.02.2020 14:23 Oxundu 340


Yurgen Klopp yanvar ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.

Cempion.az xəbər verir ki, bu haqda Premyer Liqanın rəsmi saytı məlumat yayıb. O, səsvermədə Xosep Qvardiola (“Mançester Siti”) , Ralf Hazenhyuttl (“Sauthempton”) və Neycel Pirsonu (“Utford”) qabaqlayıb.

Bu, Kloppun hazırkı mövsümdə beşinci mükafatıdır. Alman mütəxəssis bu uğuru ilə indiyədək sözügedən mükafatı 4 dəfə qazanan Xosep Qvardiolanın rekordunu qıraraq birinciliyə yüksəlib.