08.02.2020 20:50
493

Sumqayıt”ın çalışdırıcısı Ayxan Abbasov Premyer Liqanın 16-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Cempion.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
"Bu oyuna yaxşı köklənmişdik. 3 xalı istəyirdik. Oyun baxımından futbolçularda inkişafı görürük. Ancaq bəzi epizodlarda qol imkanlarını dəyərləndirə bilmirik. Bunun üzərində daha çox işləməliyik. 1 həftədi çalışdığımız epizoddan qol buraxdıq. 2-ci hissədə futbolçularımız səbrli, sakit oyunla qələbə qazanmağı bacardı. Buna layiq idik".
Hər məşqçinin istədiyi şeylər var. Çox şeydən razı qaldım. İstədiyimiz oyunu bu gün göstəririk. Bunu daha da yaxşı etmək istəyirik. Gənclərimiz inkişaf edir. Elvinin, Süleymanın oyunu həqiqətən xoşuma gəlir. Bundan da yaxşı ola bilər. Bizi sevindirən budu.
Rəqib 2-ci qırmızı vərəqə alandan sonra sizin komandada rahatlıq oldu. Bu, nə ilə bağlıydı?
2-ci qırmızı vərəqədən sonra temp bir az düşdü. Ancaq futbolçulardan tələb edirdik ki, tempi aşağı salmasın. Həm də oyunun sonunda yorğunluq olur. Bu, sırf nəticəyə bağlı idi. Bu gün qələbəyə ehtiyacımız var idi.