09.02.2020 16:22
361

Almaniya 2-ci Bundesliqasında 21-ci turun oyunları davam edir.
Cempion.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə "Ştutqart"la qarşılaşıb və 0:3 hesabı ilə uduzub.
Start heyətdə meydana çıxan Nazarov 90 dəqiqə oynayıb. O, 56-cı dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, 30 xalı olan Aue təmsilçisi 18 komanda arasında hazırda 6-cı pillədə qərarlaşıb.