çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

İnyesta 37-ci kubokunu Yaponiyada qazandı 

09.02.2020 11:12 Oxundu 348


Yaponiya superkubokunun qalibi məlum olub.

Cempion.az xəbər verir ki, həlledici görüşdə “Vissel Kobe” ilə “Yokohama” qarşılaşıb.

Əsas vaxtı 3:3 hesabıyla bitən matçda, “Vissel Kobe” penaltilər seriyasında rəqibini məğlub edib – 3:2.

“Vissel Kobe”nin heyətində “Barselona”nın sabiq futbolçusu Andres İnyesta da forma geyinir. Bu kubok 35 yaşlı yarımmüdafiəçinin karyerasındakı 37-ci titulu olub.