çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Qvardiolanın istədiyi 45 milyonluq müdafiəçi

09.02.2020 12:15 Oxundu 364


“Mançester Siti” yayda heyətini müdafiəçi ilə gücləndirmək niyyətindədir.

Cempion.az xəbər verir ki, “şəhərlilər” “Vilyarreal”ın futbolçusu Pau Torresin xidmətində maraqlıdır.

İngiltərə klubunun baş məşqçisi Pep Qvardiolanın yay transfer dövründə müdafiəçinin keçidini həll etmək istədiyi bildirilir. İspan futbolçunun təzminat məbləğinin 45 milyon avro olduğu deyilir.

“Vilyarreal”ın yetirməsi olan 23 yaşlı futbolçu, cari mövsümdə keçirdiyi 22 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2024-cü ilin iyulunadək nəzərdə tutulub.