çərşənbə axşamı, 29 aprel 2025

BİZİM FUTBOL

Elvin Yunuszadə karyerasını ölkə xaricində davam etdirəcək

10.02.2020 11:00 Oxundu 427

"Səbail"dən ayrılan Elvin Yunuszadənin yeni klubu müəyyənləşib.

Cempion.az xəbər verir ki, millimizin sabiq üzvü  karyerasını Bosniya və Herseqovinada davam etdirəcək. O, bu ökənin yüksək liqa təmsilçisi "Çelik"lə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Komandanı ötən ildən türkiyəli mütəxəssis Ümit Özat çalışdırır.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi "Neftçi" və "Qarabağ"da da çıxış edib.