10.02.2020 11:26
381


Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.
Cemрion.az xəbər verir ki, komanda 27-ci turda öz meydanında “Ponferradina” ilə qarşılaşıb. Oyunda heç-heçə qeydə alınıb – 1:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 53-cü dəqiqədə əvəzlənib. 44-cü dəqiqədə isə millimizin üzvü sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, “Albasete” hazırda 29 xalla 22 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.