çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Millimizə namizəd məşqçi İtaliya klubunda

11.02.2020 12:29 Oxundu 354

İtaliyanın SPAL klubunun yeni baş məşqçisi müəyyənləşib.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, komandanı Luici Di Byaco çalışdıracaq. O, bu vəzifədə Leonardo Sempliçini əvəzlləyib.

48 yaşlı mütəxəssis Azərbaycan millisinin də baş məşqçi vəzifəsinə namizədlərdən biri idi. Di Byaco yeni klubu ilə mövsümün sonuna kimi müqavilə bağlayıb.

Qeyd edək ki, SPAL A Seriyasında sonuncu pillədə qərarlaşıb.