çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Koronavirusla bağlı etdiyi zarafata görə cəzalandırıla bilər

11.02.2020 13:00 Oxundu 471


İngiltərə Futbol Federasiyası "Tottenhem"in futbolçusu Delli Allini cəzalandıra bilər.

Cempion.az-ın "Daily Mail"ə istinadən yaydığı xəbərə görə, 23 yaşlı oyunçunun koronavirusla bağlı zarafatla paylaşdığı video narazılığa səbəb olub. Qurum nümayəndələri onunla əlaqə saxlayıb. Baş verənlərlə bağlı araşdırma başlanılıb. Onun cəzalandırıla biləcəyi vurğulanıb.

Qeyd edək ki,  D.Alli üzünə maska taxaraq “Snapchat”da Çində meydana gələn və bütün dünyanı qorxu içində saxlayan koronavirusla bağlı asiyalı insanlarla zarafat etmək istəyib.

Amma onun bu zarafatı narazılığa səbəb olub. Videonu silən Alli hər kəsdən üzr istəyib.