çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Sarrinin istefası gündəmə gəldi

11.02.2020 14:41 Oxundu 342

"Yuventus"un baş məşqçisi Mauritsio Sarri istefaya göndərilə bilər.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın son uğursuz çıxışlarından narazıdır. Klub prezidenti Andrea Anyellinin də artıq Sarriyə etimad göstərmək fikrində olmadığı bildirilir.

Qeyd edək ki, A Seriysının son turunda səfərdə "Verona"ya 1:2 hesabı ilə uduzan "Yuventus" liderliyi əldən verib. Turin təmsilçisi 23 oyundan sonra 54 xalla 2-ci, eyni xala malik "İnter" isə ilk pillədədir.