çərşənbə axşamı, 29 aprel 2025

BİZİM FUTBOL

Millimiz Danimarka ilə heç-heçə oynadı

11.02.2020 15:00 Oxundu 387

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.

Cempion.az xəbər verir ki, yığmamız Danimarkanın "Hellerup" klubu ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. U-17-nin heyətində Firəddin Abdullayev və Nicat Quliyev fərqlənib.

Qeyd edək ki, millimiz bundan əvvəlki yoxlama görüşündə  Tacikistanın müvafiq yaş qrupuna aid komandası ilə heç-heçə edib - 1:1.