çərşənbə axşamı, 29 aprel 2025

BİZİM FUTBOL

Abdolbari Goozaldan Quzanlı mesajı

11.02.2020 15:23 Oxundu 446

“Qarabağ”ın oyunlarından biri Quzanlı qəsəbəsində keçirilə bilər, amma bu yenə də Qurban Qurbanovun qərarıdır”. 

Cempion.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında “Azersun Holding” MMC-nin İdarə Heyətinin sədri və “Qarabağ” klubunun prezidenti Abdolbari Goozal deyib. 

Onun sözlərinə görə, “Qarabağ”ın futbolçuları avrokubok oyunları zamanı çox yorulur: “Onlar ölkə xaricində təlim-məşq toplanışı keçirlər, həm də Avropada ev və səfər qarşılaşmaları keçirirlər. Ona görə də çox yorulurlar. Komandanın simvolik olaraq bir dəfə Quzanlıda oynamasına qarşı deyiləm, amma bu barədə Qurban bəydən soruşmaq lazımdır”.