çərşənbə axşamı, 29 aprel 2025

BİZİM FUTBOL

Elxan Məmmədovdan Rəşad Sadıqovla bağlı gözlənilməz təklif

11.02.2020 18:29 Oxundu 508


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov sürpriz addım atıb.

Cempion.az xəbər verir ki, o, görüşmək məqsədilə Rəşad Sadıqova müraciət edib.

«Qarabağ»ın kapitanın onunla görüşə razılıq verdiyi bildirilir. Tərəflərin yaxın günlərdə bir araya gəlməsi planlaşdırılır.

E.Məmmədovun U-21 yığmasının keçmiş çalışdırıcısı ilə söhbət etməyə nədən cəhd və ya maraq göstərməsi açıqlanmır. Amma təxmin etmək olar ki, AFFA-nın rəhbəri Ağdam klubunun lideri ilə arasındakı «soyuq buzlar»ı əritməyə çalışır. Sadıqov ciddi səbəb və əsas göstərilmədən millidəki işindən uzaqlaşdırılandan sonra onların münasibəti qaydasında deyildi.

Artıq federasiyada iki vəzifə daşıyan E.Məmmədov istər İTV-dəki çıxışında, istərsə də ondan sonrakı müsahibələrində Qurban Qurbanov və digərlərinin «bostanına daş atmışdı».

Hamının yalan danışdığını, iftira atdığını bildirən federasiyanın baş idarəçisinə Rəşad Sadıqovun cavabı gecikməmişdi. O, bir neçə açıqlama verərək, Məmmədovun yalanlarını üzünə çırpmış, belə demək mümkünsə, əməlli-başlı pərt eləmişdi.

Sadıqov son olaraq «CBC Sport»un efirində AFFA-nın U-23 millisi yaratmaq ideyasını tənqid etmiş, bu fikri ortaya atanların məntiqsiz davrandığını bildirmişdi. (sportinfo.az)