çərşənbə axşamı, 29 aprel 2025

DÜNYA FUTBOLU

Şensnı müqavilə müddətini uzadıb

11.02.2020 22:04 Oxundu 422

“Yuventus” qapıçısı Voyçex Şensnı ilə müqaviləni uzadıb.
Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, polşalı əlcək sahibinin yeni sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ildən İtaliya klubunda çıxış edən 29 yaşlı qapıçı 84 rəsmi oyuna çıxıb. Bu mövsüm isə A Seriyasında 16 oyunda iştirak edib və 15 qol buraxıb.